Azərbaycan Hindistanda turizm sərgisində təmsil olunur

Azərbaycan Hindistanda turizm sərgisində təmsil olunur
03 Fev 2023 15:01

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən "OTM Mumbai 2023” səyahət sərgisində milli stendlə təmsil olunur.

"Report" xəbər verir ki, bu barədə Dövlət Truizm Agentliyi məlumat yayıb.

Bildirilir ki, “Azərbaycan Hava Yolları” QSC də daxil olmaqla ümumilikdə 14 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi sərgidə milli stendimizə və təbliğ edilən turizm məhsullarına xüsusi maraq müşahidə edilir.

Sərgi çərçivəsində Hindistandan olan tərəfdaşlarla gələcək əməkdaşlığa dair müzakirələr aparılır, media nümayəndələri ilə görüşlər keçirilir.

Tədbir zamanı Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Postpandemiya dövründə turizm sənayesinin üzləşdiyi çətinliklər və yeni imkanlar” mövzusunda təşkil olunan paneldə spiker qismində çıxış edib.

Fevralın 4-dək davam edəcək beynəlxalq sərgidə dünyanın 55-dən çox ölkəsindən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən mindən çox turizm sənayesi nümayəndəsi, 25 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 60 731 nəfər təşkil edib. Hindistan həmin ildə Azərbaycana ən çox ziyarətçinin səfər etdiyi ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.


28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.