Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb
03 Fev 2023 16:29

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.

Federasiyadan "Report"a verilən məlumata görə, 11 şahmatçının iştirak etdiyi yarışda ilk turun görüşləri Ləman Hacıyeva və Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Xəyalə Abdulla, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva, Səbinə İbrahimova və Nərmin Abdinova arasında oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).

11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. İlk turun oyunları fevralın 4-də saat 14-30-da başlayacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.