İlham Əliyev Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə çıxış edib - YENİLƏNİR + FOTO/VİDEO

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə çıxış edib - YENİLƏNİR + FOTO/VİDEO
16 Mar 2023 15:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edib.

15:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edir.

14:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edir.


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.


30 Mar 2023
Siyasət

Aprelin 2-də 27 mindən çox abituriyent imtahana verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.

30 Mar 2023
Siyasət

Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

30 Mar 2023
Siyasət

Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.

30 Mar 2023
Siyasət

Ərdoğan: “TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”

“Biz TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”.