461 hərbçi yeni mənzillərlə təmin olundu

461 hərbçi yeni mənzillərlə təmin olundu
17 Mar 2023 09:10

Martın 16-da Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir, bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.

O qeyd edib ki, indiyədək komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların sayı 5471 nəfər təşkil edib. Onlardan 2712 hərbi qulluqçu Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində mənzillərlə təmin olunublar.

Komissiyanın iclasında sözügedən fərmanın icrası olaraq mənzil növbəsinə qəbul edilən hərbi qulluqçuların 461 nəfərinə Bakı və Sumqayıt şəhələrində, habelə Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərin verilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən təqdim olunan siyahı əsasında növbəti 1461 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb. Beləliklə, bu günkü tarixə mənzil növbəsində olan hərbi qulluqçuların ümumi sayı 3759 nəfərə çatıb.

İclasda həmçinin, Komissiyanın fəaliyyətinə dair digər məsələlərə baxılıb.

Qeyd edək ki, fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.