Şahin Mustafayev ölkənin quru sərhədlərinin açılması barədə danışdı

Şahin Mustafayev ölkənin quru sərhədlərinin açılması barədə danışdı
17 Mar 2023 16:06

“Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı dəqiq vaxt demək mümkün deyil”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini, Operativ Qərargahın üzvü, Şahin Mustafayev deyib.

“Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur. Vəziyyətə uyğun müvafiq qərar veriləcək”, - deyə o əlavə edib.

Xatırladaq ki, COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixdən Azərbaycanın quru sərhədləri bağlıdır.

Bu ilin fevralında Nazirlər Kabineti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddətinin 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılması haqqında qərar verib.


19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.