Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və Xəzər TV-nin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ”Sonsuz sevgilərlə Novruz”adlı konsert proqramı təşkil olunub.
Tədbirə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları, ziyalılar və rayon sakinləri qatılıblar.
Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.
Tədbir sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.
Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.
“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.