Azərbaycan Türküstanda keçirilən türk xalqlarının mədəniyyət festivalında təmsil olunub - FOTO

Azərbaycan Türküstanda keçirilən türk xalqlarının mədəniyyət festivalında təmsil olunub - FOTO
18 Mar 2023 09:07

Qazaxıstanın Türküstan vilayətindəki “Karvansaray” turist kompleksində Novruz bayramı münasibətilə keçirilmiş türk xalqlarının mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.  

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində xalqımızın qədim taixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib.

Türküstan vilayəti akiminin müavini Beysenbay Tajibayev və digər rəsmi şəxslər Azərbaycan guşəsini ziyarət ediblər.

“Qarabağ” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva Azərbaycan guşəsinə böyük maraq göstərən Qazaxıstanın yerli kütləvi informasiya vasitələrinə müsahibələrində milli mətbəximiz, süfrə mədəniyyətimiz barədə ətraflı məlumat verib və Azərbaycan icması adından qazax xalqını Novruz bayramı münasibətilə təbrik edib. Birlik sədri bu festivalda yüksək səviyyədə iştiraklarına görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Festival türk dövlətlərindən olan bütün nümayəndələrin müxtəlif təamlar, o cümlədən Azərbaycan milli təamlarının düzüldüyü eyni süfrə arxasına keçməsi ilə yekunlaşıb. Süfrə arxasında çıxış edən rəsmilər türk dünyasının bütövlüyündən və həmrəyliyindən danışıb, Novruz bayramını türk xalqlarını birləşdirən ən böyük milli adət-ənənələrdən biri adlandırıblar. Onlar bütün türk dövlətlərinə, o cümlədən Azərbaycana böyük sevgilərini ifadə ediblər.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin Qazaxıstana ezam olunan əməkdaşları da iştirak ediblər.

 


30 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”

"Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. 

30 Mar 2023
Siyasət

Aprelin 2-də 27 mindən çox abituriyent imtahana verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.

30 Mar 2023
Siyasət

Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

30 Mar 2023
Siyasət

Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.

30 Mar 2023
Siyasət

Ərdoğan: “TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”

“Biz TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”.