Realpress.az Oxu az-a istinadən xəbər verir. Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
24 ölkədən rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə peşəkar rəssamlar arasında keçirilən müsabiqəyə 749 əsər təqdim olunub.
Münsiflər heyəti tərəfindən açıq səsvermə ilə hər nominasiya üzrə 4 qalib müəyyən olunub.
Qeyd olunan müsabiqədə Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev “Heykəltəraşlıq: portret” nominasiyası üzrə laureat seçilib.
"Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər.
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.
Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.