Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Bu gündən...

Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Bu gündən...
18 Mar 2023 10:32

Bu gündən Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır.

APA xəbər verir ki, işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil edilir.

Layihə "Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

İlk turist səfərləri bu gündən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.

2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, "Vaqif" məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, "Yuxarı Gövhər Ağa" məscidi, "Güllələnmiş Heykəllər" meydançası, Şuşa qalası, Şuşanın "Gəncə" qapıları və "Xarı Bülbül" simvolu, "Qazançı" Kilsəsi, Şuşa "Realnıy" Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.


30 Mar 2023
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

30 Mar 2023
Cəmiyyət

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 30 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

30 Mar 2023
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.