2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, birincilik uğrunda 24 hərbi qulluqçu 8 komanda üzrə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə güclərini sınayıblar.

Yarışın nəticəsinə əsasən, "Hadrut", "Bərdə" və "Kəlbəcər" komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar. 

Qeyd edək ki, qaliblər cari ilin aprel ayında Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.