Cozef Bayden Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib - VİDEO

Cozef Bayden Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib - VİDEO
28 Mar 2023 09:10

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularımı yetirirəm.

Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir.

Novruz bayramınız mübarək!”.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.