XİN rəhbəri: “Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir”

XİN rəhbəri: “Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir”
30 Mar 2023 09:24

“Azərbaycanın digər ölkələrlə, o cümlədən İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, bu, ilk növbədə həmin ölkələrin və Azərbaycan dövlətinin firavanlığına, bölgədə sülh, sabitlik və əmin-amanlığa xidmət edir.

“Azərbaycanın xarici siyasət prioritetlərinə nəzər yetirsəniz görərsiniz ki, Azərbaycan bütün ölkələrlə dost, tərəfdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini hər zaman təşviq edir. Azərbaycanın hər hansı bir dövlətlə yaxın münasibətlərinin qurulması, onun inkişaf etdirilməsi o deməkdir ki, bütün sahələrdə qarşılıqlı maraqlar nəzərə alınır, müxtəlif sahələrdə layihələr irəli aparılır”, - XİN rəhbəri qeyd edib


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.