Xəstəlikdən əziyyət çəkən gənc oğlanın anası: “Evimizi satışa qoymuşuq, müalicəyə imkanımız çatmır” - FOTO

Xəstəlikdən əziyyət çəkən gənc oğlanın anası: “Evimizi satışa qoymuşuq, müalicəyə imkanımız çatmır” - FOTO
30 Mar 2023 10:55

17 yaşlı Rəşadın sizin dəstəyinizə ehtiyacı var. 

Bu barədə Oxu.Az-a onun anası Məhbubə Quliyeva məlumat verib. 

O bildirib ki, oğlu autoimmun ensefalit (baş beyinin iltihabı), NMO spektrum (optik sinirin və onurğa beyinin iltihabı ilə xarakterizə olunan autoimmun, iltihablı və demiyelinləşdirici xəstəliyi) xəstəliyindən əziyyət çəkir. 

“Rəşadın səhhəti ilə bağlı heç vaxt problem olmayıb. Ötən ilin may ayında mənə ayaqlarının keyidiyini və soyuq olduğunu dedi. Bir neçə gün keçdikdən sonra gördüm ki, yeriməkdə əziyyət çəkir. Həkimə apardıq, problemin belində olduğunu dedilər. Müalicə aldıqdan sonra problem həll oldu. Daha sonra avqust ayında yenidən bədəninin zəiflədiyini hiss etdim. Qaşıq tutmaqda çətinlik çəkirdi. Yenidən həkimə getdik, bu dəfə problemin beynində olduğunu öyrəndik. Yenə müalicə aldı və vəziyyəti yaxşılaşdı. Bu xəstəlik dəfələrlə geri dönüş edir və Rəşadın vəziyyəti çətinləşir. Əvvəllər heç otura və ayağa dura bilməsə də, indi müalicələrin köməyi ilə otura bilir. Rəşada hər həftə “MabThera” (Romatoid artritin (İltihablı Revmatizma) müalicəsində istifadə olunur) adlı iynə vurulmalıdır, iynənin qiyməti isə 750 manatdır. Həkimlər bu iynənin 6 ay vurulmalı olduğunu deyirlər. Bizim artıq bu iynəni qarşılamağa imkanımız çatmır. Artıq evimizi belə satışa çıxarmışıq. Ailədə yalnız yoldaşım işləyir, Rəşadın vəziyyətinə görə onu tək qoyub aptekə belə gedə bilmirəm”.

Məhbubə Quliyeva yardımsevər şəxslərdən kömək istəyir.

“Yardımsevər şəxslərdən övladıma kömək etmələrini xahiş edirəm. Rəşadın gələcəklə, yaşamaqla bağlı çoxlu arzuları var. Xahiş edirəm, onun arzularını, xəyallarını gerçəkləşdirməyə kömək olun”.

Ailə ilə əlaqə üçün: 050 540 50 73

 


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.