İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
30 May 2023 13:26

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir.

President.az-ın məlumatına görə, Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In da Azərbaycanın dövlət başçısını təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.

Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu! Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək”.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan liderini təbrik edib.

Təbrik məktubunda deyilir:

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fürsətdən istifadə edərək, Azərbaycana sülh, rifah, tərəqqi, yeni-yeni nailiyyətlər arzulayıram.

Sizi əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və ölkədə baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq”.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.