Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
30 May 2023 14:04

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü kimi ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin, eləcə də onun bütün vətəndaşlarının firavanlığı üçün ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq xarakteri daşıyan əməkdaşlıqdan məmnun olduğumu xüsusi vurğulayıram. Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və dərin ehtiramımı ifadə edirəm”.

13:25

President.az-ın məlumatına görə, Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In da Azərbaycanın dövlət başçısını təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.

Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu! Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək”.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan liderini təbrik edib.

Təbrik məktubunda deyilir:

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fürsətdən istifadə edərək, Azərbaycana sülh, rifah, tərəqqi, yeni-yeni nailiyyətlər arzulayıram.

Sizi əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və ölkədə baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq”.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.