İran Prezidenti Azərbaycan liderini təbrik edib

İran Prezidenti Azərbaycan liderini təbrik edib
31 May 2023 09:28

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Möhtərəm Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.


İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının özünəməxsus yeri vardır. Ölkələrimizin müsəlman xalqlarının birgə tarixi və onların arasında mövcud olan qırılmaz dini və mədəni bağlar iki ölkənin münasibətlərinin inkişafı üçün çox dəyərli bir sərmayə hesab olunur. Bu çərçivədə İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişdir.

Ölkələrimizin çox geniş potensiallarının mövcud olduğunu nəzərə alaraq, ümid edirəm ki, xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun şəkildə ikitərəfli əməkdaşlığımızın və münasibətlərimizin daha da genişlənməsinə şahid olacağıq.

Allah Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə başucalığı və xoş günlər arzulayıram".


18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

18 Apr 2024
Siyasət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq - FOTO

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

18 Apr 2024
Siyasət

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.

17 Apr 2024
Siyasət

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

17 Apr 2024
Siyasət

Filippin prezidenti İlham Əliyevi təbrik etdi

Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.