“Bakı Enerji Həftəsi” enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir”

“Bakı Enerji Həftəsi” enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir”
31 May 2023 12:22

“Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən “Bakı Enerji Həftəsi”nin işə başlaması münasibətilə tədbir iştirakçılarını salamlayıb və bu çərçivədə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məktubda deyilir: “Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumu kimi mötəbər tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir”


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.