Gömrük orqanlarına xidmətə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Prezident fərman imzaladı

Gömrük orqanlarına xidmətə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Prezident fərman imzaladı
31 May 2023 15:43

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. 

Dəyişikliyə əsasən, qaydalara aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilir:

“Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müsabiqədə iştirak etmək istəyən namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müsabiqədə iştirak etmək istəyən namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin namizəd tərəfindən təmin edilir”.


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.