Azərbaycan İtaliyadan təyyarələr alır - FOTO

Azərbaycan İtaliyadan təyyarələr alır - FOTO
09 İyun 2023 10:08

Azərbaycan İtaliyadan təyyarələr alır.

APA xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi “C-27J Spartan” təyyarəsinin tədarükünə dair İtaliya tərəfi ilə müqavilə imzalayıb.

“C-27J Spartan” təyyarələri “Leonardo” kompaniyasının istehsalıdır və mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.

“Leonardo” kompaniyası bildirib ki, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirliklərinin yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub.

“İlkin olaraq enerji sektoru ilə əlaqəli olan İtaliya-Azərbaycan arasındakı əməkdaşlıq İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü istiqamətində də genişlənir. Ən çətin əməliyyat ssenarilərində uzun illər sübut edilmiş təcrübəyə malik olan “Leonardo”dan “C-27J”nin alınması proqramı İtaliya və Azərbaycan Müdafiə Nazirlikləri arasında keçirilən texniki müzakirələrin nəticəsidir. Bu Müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının tərkib hissəsidir”, - deyə İtaliya şirkəti yaydığı məlumatda bildirib.

Ən çətin coğrafi relyef və əməliyyat şəraitində özünü sübut etmiş “C-27J Spartan” təyyarələri genişçeşidli müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirməyə qadirdir. Bu, hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab olunur.

 


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.