Yunanıstan Azərbaycandan neft idxalını bərpa edib

Yunanıstan Azərbaycandan neft idxalını bərpa edib
09 İyun 2023 10:23

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana təqribən 300 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 3,25 faizini təşkil edir.

“Trend” xəbər verir ki, ötən ilin analoji dövründə Yunanıstan Azərbaycandan neft idxal etməyib.

Qeyd olunan dövrdə Azərbaycandan Yunanıstana ixrac edilən neft və neft məhsullarının dəyəri 190 milyon 160 min dollardan çox olub.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9 milyon 236 min tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı təxminən 5 milyard 715 milyon dollar olub ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829 564 dollar azdır.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.