Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Sentyabrın 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə məğlub olaraq gümüş medala layiq görülüb.
Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq, Avropanın ən güclü 8 komandası ilə birlikdə yarışaraq çıxdığı 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup oyunundan da qələbə ilə ayrılıb.
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.