Azərbaycan xilasediciləri Qazaxıstanda təlimlərə qatılıblar

Azərbaycan xilasediciləri Qazaxıstanda təlimlərə qatılıblar
11 Sent 2023 10:30

Qazaxıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iştirakı ilə ikigünlük “Jer-2023” seysmik təlimi başlayıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Ölkədə zəlzələ zamanı həyata keçirilməli olan tədbirlərlə bağlı genişmiqyaslı təlim başlayıb. “Jer-2023” respublika komanda-qərargah təlimində Qazaxıstanın mülki müdafiə xidmətləri ilə yanaşı, TDT ölkələri olan Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, eləcə də qurumda müşahidəçi üzv olan Macarıstanın Fövqəladə Hallar nazirliklərinin xilasetmə xidmətləri də iştirak edir”, - deyə bildirilib.

Təlimin əsas məqsədi əhalinin hazırlanması və maarifləndirilməsi, ümumi təhlükəsizlik mədəniyyətinin aşılanması, o cümlədən mülki müdafiə qüvvələrinin zəlzələlər zamanı ediləcək hərəkətlərə hazırlıq səviyyəsinin artırılmasıdır.

Zəlzələ bölgəsi hesab olunan regionlarda - Almatı, Çimkənd, Abay və Jetısu vilayətləri, Almatı, Şərqi Qazaxıstan, Cambul, Qızılorda və Türküstan vilayətlərində təlimlər saat 10-dan 11-ə qədər keçiriləcək. Xilasetmə xidmətlərinin birgə hərəkətlərinin işlənib-hazırlanması və əlaqələndirilməsi üzrə respublika qərargahı Almatıda yerləşdirilib.

Departamentdən bildiriblər ki, seysmik təlimlər zamanı sakinlər dağıdıcı zəlzələlər zamanı davranış qaydalarını öyrənəcək və praktiki olaraq bəzi elementləri, məsələn, təhlükəsiz yerlərin müəyyən edilməsi, zərərçəkmiş əhalinin qəbul məntəqələrində toplanması və s. yerinə yetirəcəklər.


2 Okt 2023
İdman

Azərbaycan millisinin voleybolçusu Rumıniyada gümüş medal qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.

2 Okt 2023
İdman

Azərbaycanlı qardaşlar gimnastika üzrə Ümumrusiya yarışlarında 10 mükafat qazanıblar - FOTO

Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.

2 Okt 2023
İdman

Azərbaycan millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlandı - SİYAHI

2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsində oktyabrın 6-da Bakıda, beş gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

2 Okt 2023
İdman

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Qılıncoynatma üzrə milli komandamızın lideri Anna Başta Belçikanın Gent şəhərində keçirilən 25-ci “Flemish Open Championships” beynəlxalq turnirində qızıl medal qazanıb.

26 Sent 2023
İdman

Azərbaycan boksçuları Rusiyadakı beynəlxalq turnirdə altı medal qazanıblar

Azərbaycan millisi Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə 6 medal qazanıb.