Azərbaycanın qadın karateçisi İrina Zaretska İrlandiyanın paytaxtı Dublində keçirilən Karate-1 Premyer Liqa turnirinin qalibi olub.
Oxu.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində yarışan idmançı finalda əsas rəqibi isveçrəli Yelena Kiriçini məğlub edərək birinci yeri tutub.
Qeyd edək ki, bu, Zaretskanın bu il Premyer Liqanın mərhələlərində ikinci qələbəsidir. Daha əvvəl o, Rabatda (Mərakeş) qalib gəlib.
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.