Azərbaycan millisi Rumıniya ilə oyunun hazırlığını Buzauda davam etdirir

Azərbaycan millisi Rumıniya ilə oyunun hazırlığını Buzauda davam etdirir
14 Sent 2023 11:41

Futzal üzrə dünya çempionatının elit mərhələsi çərçivəsində sentyabrın 15-də Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Buzau şəhərində davam etdirir.

Bu gün “Romeo Lamandi Arena”da 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyiblər.

Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda milliyə uğurlar arzulayıb.

Qeyd edək ki, Rumıniya-Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.


3 Okt 2023
İdman

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Azərbaycan idmançısı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatının qalibi olub.

3 Okt 2023
İdman

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.

3 Okt 2023
İdman

Avstriya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı - SİYAHI

Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

2 Okt 2023
İdman

Millimizin üzvü Macarıstan klubu ilə bu mövsüm ilk kubokunu qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.

2 Okt 2023
İdman

Azərbaycan millisinin voleybolçusu Rumıniyada gümüş medal qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.