“Rizin” Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi “Landmark 7” turnirində döyüşəcək Azərbaycan MMA idmançılarının rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalilov, Mehman Məmmədov ABŞ-li Castin Skoqqins, Tural Rəhimov cənubi koreyalı Kyun Pyu Kimlə qarşılaşacaq.
Qeyd edək ki, sözügedən turnir Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.