“Neftçi” Rusiyanın “Zenit” klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşmanın Bakıda keçirilməsi nəzərdə tutulub. Sankt-Peterburq klubunun ölkəmizə səfərinin noyabrda milli komandaların oyunları ilə əlaqədar liqalarda yaranacaq fasilə zamanı reallaşacağı bildirilir.
“Zenit” oktyabrda isə Qazaxıstana səfər edib “Kayrat”la üz-üzə gələcək.
Qeyd edək ki, “Neftçi” yayda Rusiyada “Zenit”lə qarşılaşıb və məğlub olub - 1:3.
Mənbə: sport-express.ru
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.