Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ilk günündə iki medal qazanıblar.
“Report” xəbər verir ki, milli üzvləri bir qızıl və bir gümüş medal əldə ediblər.
66 kq çəki dərəcəsində İslam Mehraliyev finalda Böyük Britaniya təmsilçisi Samuel Halla uduzaraq ikinci yeri tutub. 73 kq çəki dərəcəsində isə Nəriman Mirzəyev həlledici görüşdə isveçrəli Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində "Xankəndi" klubu yaradılıb.
Bakıda Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib.
Şənbə günü - iyunun 21-də ilk dəfə Azərbaycanda təşkil ediləcək "UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların təntənəli çəkiölçmə və "üzləşmə" mərasimi başlayıb.