Atletimiz dünya çempionatında üç bürünc medal qazanıb - FOTO/VİDEO

Atletimiz dünya çempionatında üç bürünc medal qazanıb - FOTO/VİDEO
18 Sent 2023 09:43

4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir.

Oxu.Az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Körpücük üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.

Dadaş təkanla qaldırma hərəkətində 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.

Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.

Xatırladaq ki, sonuncu dəfə dünya çempionatında medalı (qızıl) 2015-ci ildə Boyanka Kostova, kişilərdə isə 2011-ci ildə Valentin Xristov (bürünc) qazanmışdı.

 


3 Okt 2023
İdman

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Azərbaycan idmançısı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatının qalibi olub.

3 Okt 2023
İdman

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.

3 Okt 2023
İdman

Avstriya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı - SİYAHI

Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

2 Okt 2023
İdman

Millimizin üzvü Macarıstan klubu ilə bu mövsüm ilk kubokunu qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.

2 Okt 2023
İdman

Azərbaycan millisinin voleybolçusu Rumıniyada gümüş medal qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.