Kim Çen Inın Rusiyaya rəsmi səfəri başa çatıb - VİDEO

Kim Çen Inın Rusiyaya rəsmi səfəri başa çatıb - VİDEO
18 Sent 2023 10:40

Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

Bu barədə Rusiyanın təbii sərvətlər naziri, iki ölkənin hökumətlərarası komissiyasının rəhbəri Aleksandr Kozlov məlumat verib.

“Yoldaş Kim Çen Inın rəsmi səfəri başa çatıb. Altı gün ərzində biz bir neçə müəssisədə, təhsil və mədəniyyət müəssisələrində olduq”, - o, qeyd edib.

Nazirin sözlərinə görə, Kim Çen In ən xırda detallarla maraqlanıb və diqqətli olub. Şimali Koreya liderinə zirehli gödəkçə və 5 kamikadze dron hədiyyə edilib.

Ölkə başçısının zirehli qatarı Primorsk diyarındakı Artem stansiyasından Şimali Koreyaya yola düşüb.


3 Okt 2023
Dünya

Hindistanda xəstəxanada bir gündə 20-dən çox pasiyent ölüb

Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.

3 Okt 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 440 hərbçisi məhv edilib.

3 Okt 2023
Dünya

Gəncənin daxili avtomobil yollarında təmir-tikinti işləri aparılır - FOTO/VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Gəncə şəhərinin daxili avtomobil yollarında genişmiqyaslı təmir-tikinti işləri aparır.