Ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat müddəti uzadılıb və 20 sentyabr saat 18:00-dək davam edəcək.
"Report" xəbər verir ki, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Məlumat üçün qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin də portal vasitəsilə qeydiyyatı davam edir və 20 sentyabr saat 18:00-da bitəcək. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 25 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb.
Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 2000-2023-cü illər ərzində 5,6 milyard kubmetr və ya 24 % azalaraq 17,8 milyard kubmetrə düşüb.