Azərbaycanın müdafiə naziri İsrailin Müdafiə Nazirliyinin Baş direktoru ilə görüşdü - FOTO

Azərbaycanın müdafiə naziri İsrailin Müdafiə Nazirliyinin Baş direktoru ilə görüşdü - FOTO
19 Sent 2023 09:46

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru cənab Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 


2 Okt 2023
Siyasət

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTO

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb.

2 Okt 2023
Siyasət

Mikayıl Cabbarov türkiyəli nazirlə əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacir ilə görüşüb.

2 Okt 2023
Siyasət

Oktyabrın 2-si Beynəlxalq Həkimlər Günüdür

Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.

2 Okt 2023
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun baş direktoru ilə görüşüblər - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.

2 Okt 2023
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.