Cənubi Koreya yeraltı bunkerləri məhv etmək üçün raket hazırlayır

Cənubi Koreya yeraltı bunkerləri məhv etmək üçün raket hazırlayır
19 Sent 2023 10:28

Koreya Respublikası yeraltı istehkamları vura bilən yeni raketin hazırlanmasına 218 milyon dollar (370,6 milyon manat) sərmayə qoymağı planlaşdırır.

Bu barədə Cənubi Koreyanın Milli Müdafiə Tədarükü Proqramları İdarəsi (DAPA) xəbər verir.

Verilən məlumata görə, yeni raket məsafə və nüfuzetmə qabiliyyəti kimi əsas göstəricilərə görə mövcud oxşar silah sistemini üstələyəcək. DAPA yeni silahın texniki xüsusiyyətləri barədə təfərrüatlı məlumat verməyib, lakin onun uçuş məsafəsinin 180 km-dən 300 km-ə qədər artacağı gözlənilir. Raketin təkmilləşdirilmiş versiyası mobil buraxılış qurğularında yerləşəcək.

Qeyd olunur ki, yeni sursat tunellərdə və bunkerlərdə gizlənmiş hədəflərə yüksək dəqiqliklə zərbələr endirməyə imkan verəcək.

2027-ci ildə başa çatdırılması planlaşdırılan layihədə Cənubi Koreyanın aparıcı müdafiə şirkətləri iştirak edir. DAPA işlərin gedişinə nəzarət edəcək.

Bu ilin əvvəlində departament 1,17 milyard dollar (1,989 milyard manat) ayrılan Koreyanın "Yer-yer" taktiki raketinin (KTSSM) təkmilləşdirilmiş versiyasının hazırlanması proqramının başlandığını elan edib. Onun yaradılmasının 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılır.


2 Okt 2023
Dünya

Moldova Rusiyadan qaz almayacaq

Moldovanın energetika naziri Viktor Parlikov bəyan edib ki, ölkəsi Rusiyanın “Qazprom” şirkətindən qaz almağı dayandıracaq.

2 Okt 2023
Dünya

Türkiyədə tekstil fabrikində güclü yanğın baş verib - VİDEO

Türkiyənin Uşak şəhərində yerləşən tekstil fabrikində güclü yanğın baş verib.

2 Okt 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 080 hərbçisi məhv edilib.

2 Okt 2023
Dünya

Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər

Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər.

2 Okt 2023
Dünya

Türkiyə səhəri zəlzələ ilə açdı

Türkiyənin Adana şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.