Bolqarıstanın Qara dəniz sahilində minalı dron tapılıb

Bolqarıstanın Qara dəniz sahilində minalı dron tapılıb
19 Sent 2023 10:30

Bolqarıstanın Qara dəniz şimal sahilindəki Tyulenovo kəndi yaxınlığında üzərinə 82 mm-lik mina bərkidilmiş pilotsuz uçan aparat (PUA) sahilə düşüb.

Bu barədə Bolqarıstan Milli Radiosunun jurnalistləri məlumat yayıblar.

Uçuş aparatını ilk görən yerli sakinlər olublar. Onlar dərhal polisə müraciət edərək hadisə barədə xəbər veriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal PUA-nın düşdüyü yeri mühasirəyə alıblar. Dronun düşdüyü ərazinin yaxınlığında hotel yerləşir. Hoteldə olan 30 nəfərin hamısı təxliyə edilib. Hazırda Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin istehkamçılar komandası Tyulenovoya yollanır.

Bolqarıstana düşən məhz 82 mm-lik mina bərkidilmiş dronun düşməsi barədə məlumatı mütəxəssislər təsdiqləyiblər. Onlar hadisə yerində çəkilmiş fotoları təhlil ediblər.


2 Okt 2023
Dünya

Çində sərnişin təyyarəsi qəzaya uğrayıb

Çinin şərqindəki Anxoy əyalətində göyərtəsində sərnişinlərin olduğu təyyarə qəzaya uğrayıb.

2 Okt 2023
Dünya

Moldova Rusiyadan qaz almayacaq

Moldovanın energetika naziri Viktor Parlikov bəyan edib ki, ölkəsi Rusiyanın “Qazprom” şirkətindən qaz almağı dayandıracaq.

2 Okt 2023
Dünya

Türkiyədə tekstil fabrikində güclü yanğın baş verib - VİDEO

Türkiyənin Uşak şəhərində yerləşən tekstil fabrikində güclü yanğın baş verib.

2 Okt 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 080 hərbçisi məhv edilib.

2 Okt 2023
Dünya

Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər

Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər.