“Türkiyə heç vaxt Avropa İttifaqının köməyinə arxalanmayıb və buna ehtiyac da duymur”.
Bu sözləri ABŞ-nin PBS (“Public Broadcasting Service”) televiziya kanalına müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan Türkiyənin Avropa İttifaqına üzv olmaqdan imtina ehtimalını da şərh edib.
“Türkiyə 50 ildir ki, Avropa İttifaqının qapısında dayanıb. Biz heç vaxt Avropa İttifaqının vəsaitinə və ya dəstəyinə güvənməmişik, ona görə də bu bizim buna ehtiyacımız da yoxdur”, - deyə Ərdoğan əlavə edib.
Türkiyə lideri həmçinin vurğulayıb ki, Türkiyənin Aİ-yə qəbulu və İsveçin NATO-ya üzvlüyü məsələləri bir-biri ilə əlaqəli deyil.
“Biz dəfələrlə bildirmişik ki, İsveçin NATO-ya üzv olmaq istəyini dəstəkləməyə hazırıq, lakin İsveç də verdiyi vədləri yerinə yetirməlidir, çünki terrorçular hələ də Stokholm küçələrində sərbəst gəzirlər”, - R.T.Ərdoğan qeyd edib.
Nigerdəki hücumda ən azı 29 əsgər həlak olub.
Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 440 hərbçisi məhv edilib.