NATO-nun baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşüblər.
Bu barədə NATO-nun baş katibi özünün “X” hesabında məlumat verib.
“Prezident Ərdoğanla Nyu-Yorkda görüşməkdən məmnunam. Terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik və mən Türkiyəyə Qara dəniz taxıl sazişini canlandırmaq üçün gördüyü işlərə görə təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu məsələsinə ən qısa zamanda baxacaq”, - deyə o, paylaşımda qeyd edib.
Nepalda təxminən yarım saat fasilə ilə iki zəlzələ baş verib.
Nigerdəki hücumda ən azı 29 əsgər həlak olub.
Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.