Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Şahdağda qar yağıb - FAKTİKİ HAVA
19 Sent 2023 11:14

Sentyabrın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı: Astarada 48 mm, Oğuzda 39 mm, Lerikdə 34 mm, Qəbələdə 33 mm, İmişli, Qax (Sarıbaş), Şəkidə 29 mm, Beyləqanda 22 mm, Sabirabadda 21 mm (aylıq normanın 106%-i), İsmayıllıda 20 mm, Balakən, Ağdamda 19 mm (aylıq normanın 56%-i), Lənkəranda 18 mm, Biləsuvarda 17 mm (aylıq normanın 98%-i), Zaqatalada 16 mm, Göyçayda 13 mm, Yardımlı, Şahdağda 12 mm, Zərdab, Tərtərdə 11 mm, Kürdəmir, Bərdə, Yevlax, Göygöl, Neftçala, Qusar, Daşkəsən, Şamaxı, Gədəbəy, Naftalan, Gəncə, Qobustan, Xaltan, Ağsu, Mingəçevir, Şirvan, Göytəpədə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 19-u gündüz saatlarınadək davam edəcəyi, 20-21-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


3 Okt 2023
Dünya

Nepalda yarım saatda iki zəlzələ oldu: Dağıntılar var - FOTO/VİDEO

Nepalda təxminən yarım saat fasilə ilə iki zəlzələ baş verib.

3 Okt 2023
Dünya

Hindistanda xəstəxanada bir gündə 20-dən çox pasiyent ölüb

Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.

3 Okt 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 440 hərbçisi məhv edilib.

3 Okt 2023
Dünya

Gəncənin daxili avtomobil yollarında təmir-tikinti işləri aparılır - FOTO/VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Gəncə şəhərinin daxili avtomobil yollarında genişmiqyaslı təmir-tikinti işləri aparır.