Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir - FƏRMAN

Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir - FƏRMAN
18 Noy 2023 10:20

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

President.az-ın məlumatına görə, Fərmanla “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 848 nömrəli və 2020-ci il 30 yanvar tarixli 917 nömrəli fərmanları) dəyişikliklər təsdiq edilib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


1 Dek 2023
Siyasət

Sahibə Qafarova Çexiyada rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gəlib.

1 Dek 2023
Siyasət

Ceyhun Bayramov Monteneqronun XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb.

1 Dek 2023
Siyasət

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

1 Dek 2023
Siyasət

Krımda qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynanın Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.