İranı Azərbaycanla birləşdirən yeni körpünün istismara veriləcəyi tarix açıqlandı

İranı Azərbaycanla birləşdirən yeni körpünün istismara veriləcəyi tarix açıqlandı
20 Noy 2023 16:24

İranı Azərbaycanla Astarada birləşdirən yeni körpü və tranzit marşrutu bir ay ərzində istifadəyə veriləcək.

Bu barədə İranın Astara şəhərinin meri Məhəmmədrza Şahabzadə deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan sərhədində 50 ildən çox yaşı olan və artıq yük maşınlarının hərəkətinə tab gətirə bilməyən metal körpüyə görə ləngimələr olur. Hazırda Astara gömrüyündə növbə sisteminə görə təxmini gözləmə müddəti 42-48 saat arasındadır. Amma bəzən lazımi icazələrin alınmaması və ya başqa səbəbdən gecikmələr olur.

“Yeni körpü istifadəyə verildikdən sonra tıxac yaradan bütün yük maşınları oradan keçəcək və biz artıq tıxac görməyəcəyik”, - deyə mer vurğulayıb.


1 Dek 2023
Siyasət

Sahibə Qafarova Çexiyada rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gəlib.

1 Dek 2023
Siyasət

Ceyhun Bayramov Monteneqronun XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb.

1 Dek 2023
Siyasət

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

1 Dek 2023
Siyasət

Krımda qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynanın Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən qasırğa nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.