Qədir Rüstəmovun anadan olmasından 88 il ötür - FOTO/VİDEO

Qədir Rüstəmovun anadan olmasından 88 il ötür - FOTO/VİDEO
20 Noy 2023 17:18

Xalq artisti Qədir Rüstəmovun anadan olmasından 88 il ötür.

Oxu.Az xatırladır ki, Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci il noyabr ayının 20-də Ağdam rayonunda anadan olub.

O, musiqi beşiyi olan bir məkanda xanəndə kimi yetişib. Yaşadığı mühitin təbiəti, ətrafında olan insanların sənətlə bağlı olan görüşləri Qədir Rüstəmovun ilk sənət məktəbi olub.

Orta məktəbi bitirərək, əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, daha sonralar isə Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.

Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə müvəffəq olub. Nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb.

O, çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verib. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dilidili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları “Rast”, “Çahargah” məharətlə səsləndirilib, Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil edilib. “Sona bülbüllər”i isə onun səsinin avazında daha möhtəşəm təqdim olunub və bu ifadan sonra Qədir Rüstəmov daha çox sevilib.

Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş filmdə Cabbar Qaryağdı oğlu roluna çəkilən Qədir Rüstəmov klassik muğamları böyük məharətlə ifa edib. Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1992-ci ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Qədir Rüstəmov 2011-ci il dekabr ayının 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakıda dəfn edilib.


1 Dek 2023
Cəmiyyət

Naxçıvanda 11 məktəbə direktor təyin olundu - FOTO

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

1 Dek 2023
Cəmiyyət

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon ABŞ dolları təşkil edib.

1 Dek 2023
Cəmiyyət

Məktəblərdə qızılcaya görə şagirdlərin temperaturu ölçülür - FOTO

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bəzilərində şagirdlərin və işçilərin hərarəti ölçülüb. 

1 Dek 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

1 Dek 2023
Cəmiyyət

Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ

Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.