"Mərkəzi Seçki Komissiyası (MSK) 125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkinin keçirilməsi üçün şərait yaradır".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq:
"Dünən orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçki daha geniş şəraitdə keçiriləcək.
Media nümayəndələrinin, yerli və beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsinə heç bir maneə yaradılmır. Bütün qitələrdən yüksək siyasi nüfuza malik olan nümayəndə heyətləri gəlib, prosesi izləyib, yekun nəticə barədə açıqlamalar verəcəklər", - deyə sədr qeyd edib.
İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib.
Azərbaycanda ticarət şəbəkələrinin daxili siyasətlərində yeni yanaşmalar tətbiq etməsi və sosial məsuliyyətin artması müşahidə edilir.
İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkəti tərəfindən təqdim olunan "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.