İyulun 11-nə gözlənilən hava proqnozu AÇIQLANDI

İyulun 11-nə gözlənilən hava proqnozu AÇIQLANDI
10 İyul 2024 12:48

Ölkədə iyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.


15 May 2025
Cəmiyyət

İşğaldan azad olunan ərazilərə köçürülən 4 300 şəxs məşğulluqla təmin edilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.

15 May 2025
Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

15 May 2025
Cəmiyyət

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub.

15 May 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

15 May 2025
Cəmiyyət

Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi 50 % tamamlanıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50 %-i icra olunub.