Ceyhun Bayramov Xavyer Kolomina ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Ceyhun Bayramov Xavyer Kolomina ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
10 İyul 2024 15:34

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən Ceyhun Bayramov Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib.

Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


17 İyul 2024
Siyasət

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azər-Türk Bank" ASC-nin əsas səhmdarı olmaq niyyətindədir.

17 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 17.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

17 İyul 2024
Siyasət

Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qazaxıstana səfəri çərçivəsində hərbi gəmilərdən birini ziyarət ediblər.

15 İyul 2024
Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.