Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində təmsil edəcək idmançılar müəyyənləşib.
Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Məşqçilər Abdulla Qasımov və Hafiz Rzayevin rəhbərliyi altında yarışa batut gimnastları Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, Hüseyn Abbasov, İbrahim Mustafazadə, Fərhad Mustafayev, Ömər Qasımlı və Fərhad Vəliyev yollanacaq. Rövşən Qurbanov isə hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-13-də keçiriləcək.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güllə və stend atıcılığı üzrə Azərbaycan Kuboku başa çatıb.
Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib.
Qadın həndbolçuların Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar baş tutub.