İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər

İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər
30 İyul 2024 09:18

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

President.az-ın xəbərinə görə, dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

 


15 İyul 2025
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

15 İyul 2025
Siyasət

Prezident Səudiyyə Ərəbistanı ilə imzalanmış iki memorandumu TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.

15 İyul 2025
Siyasət

Əhliman Əmiraslanov: Azərbaycanın 15 iyul hadisələri zamanı Türkiyəyə dəstəyi qardaşlıq nümunəsi idi

Bu gün Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır.

15 İyul 2025
Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

15 İyul 2025
Siyasət

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.