FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib

FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib
01 Avq 2024 10:48

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2703 xal) iki pillə irəliləyərək 17-ci olub.

Teymur Rəcəbov (2700) 33-cü sıradadır. Rauf Məmmədov isə 100-lükdən kənarda qalıb.

Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrosmeysteri Fabiano Karuana (2793) üçüncüdür.

Qadınlardan iki pillə irəliləyən Günay Məmmədzadə (2441) 31-ci yerdədir. Bir sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 mövqe itirən Xanım Balacayeva (2384) 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) isə 21 pillə geriləməklə 72-ci sırada qərarlaşıb.

Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İlk üçlüyü çinli şahmatçılar Venjun Ju (2563) və Ley Tinqjie (2549) tamamlayıblar.


24 Yan 2025
İdman

Azərbaycan Basketbol Liqasının XII turunun daha bir oyunu keçiriləcək

Azərbaycan Basketbol Liqasının XII turunun daha bir oyunu keçiriləcək.

23 Yan 2025
İdman

"Azərreyl" kubalı voleybolçu ilə anlaşıb

“Azərreyl” klubu kubalı voleybolçu Klaudiya Hernandeslə anlaşıb.

22 Yan 2025
İdman

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq

Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq.

22 Yan 2025
İdman

Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.