Biləsuvar rayonunda cari ilin taxıl biçini başa çatıb.
"Report"un Muğan bürosunun məlumatına görə, bu il rayonda payızlıq və yazlıq olmaqla 33 936,5 hektar sahədə taxıl əkilib.
Bunun 9 698,9 hektarı buğda, 24 237,6 hektarı arpa sahəsidir.
Zəmilərdə yetişən məhsul biçilib, 95 532,2 ton məhsul götürülüb və orta məhsuldarlıq 28,55 sentner olub. O cümlədən, 28 572,2 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 29,5 sentner, 66 960 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 27,6 sentner təşkil edib.
Taxıl biçininə 80 ədəd kombayn cəlb edilib. Onlardan 7 ədədi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Biləsuvar bölməsinə, 36 ədədi digər rayon bölmələrinə, 37 ədədi isə fiziki şəxslərə məxsus olub.
Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.
Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.