Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıb

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıb
01 Avq 2024 16:31

Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəbli qızlar 2 bürünc medal və 1 həvəsləndirici mükafatla təltif ediliblər

21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində keçirilən 4-cü Beynəlxalq Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən məktəbli qızlar vətənə mükafatlarla geri dönüblər. 56 ölkədən 194 məktəbli qızın qatıldığı beynəlxalq müsabiqədə məktəblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.

Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin 11-ci sinif şagirdi Nigar Hacıyeva bürünc medal, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafat qazanıb.

Qeyd edək ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrini və paytaxt məktəblərini təmsil edən şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə ölkəmizi uğurla təmsil edərək 72 medal əldə ediblər.

Azercell qalib qızları ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edir.


20 İyul 2026
Cəmiyyət

Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə yekunlaşıb (FOTO)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə başa çatıb.

20 İyul 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti olacaq - 21.07.2026

İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb.

20 İyul 2026
Cəmiyyət

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

20 İyul 2026
Cəmiyyət

Polis 11 tüfəng və 198 patron aşkarlayıb

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib.

20 İyul 2026
Cəmiyyət

FHN: Ötən həftə 700-ə yaxın yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.