Serbiya ilə görüşdə çətinliklə qələbə qazanan ABŞ millisi finalda Fransanın rəqibi olub.
Oxu.Az xəbər verir ki, Serbiya ilə matçda 95:91 hesabı ilə qalib gələn ABŞ final mərhələsinə yüksəlib.
ABŞ millisinin finaldakı rəqibi isə Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Fransa seçməsi olub.
Qeyd edək ki, final görüşü avqustun 10-da Bakı vaxtı ilə saat 23:30-da keçiriləcək. Bürünc medal uğrunda mübarizə isə Almaniya və Serbiya milliləri arasında keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 13:00-da start veriləcək.
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.
Azərbaycanın dörd yeniyetmə qız boksçusu Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa birinciliyində finala vəsiqə qazanıb.
Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə qələbə ilə başlayıb.