Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirilib

Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirilib
02 Sent 2024 09:48

Sentyabrın 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və IDEA könüllülərin iştirakı ilə təmizlik aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən aksiya Kürdəxanı ərazisində yerləşən gölün sahilində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz edilmiş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.

Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.

Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.

IDEA İctimai Birliyi hamını bir daha planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.




12 May 2025
Siyasət

Azərbaycan və Bolqarıstan diplomatları Dəməşqdə Suriyadakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bolqarıstanlı həmkarı Çavdar Mitevlə görüşüb.

12 May 2025
Siyasət

Prezidentdən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ilə bağlı SƏRƏNCAM

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi yeni redaksiyada verilib.

12 May 2025
Siyasət

İlham Əliyev yeni rektor TƏYİN ETDİ

Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.

12 May 2025
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib.

12 May 2025
Siyasət

Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.