İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar

İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar
02 Sent 2024 17:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək.

Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq.

Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edilib ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür. Xatırladaq ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cu ildə fəaliyyətə başlayıb.

Kəlbəcər işğal edilməzdən əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərib. Bunlardan əlavə rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdən kənar və dörd məktəbəqədər təhsil müəssisəsi də var idi. Rayonun təhsil infrastrukturunun qurulması istiqamətində işlər yüksək keyfiyyətlə davam etdirilir.


18 Mar 2025
Siyasət

Ceyhun Bayramov Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayrampv Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib.

18 Mar 2025
Siyasət

Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi

Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

18 Mar 2025
Siyasət

Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 162 ölkədən 338,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

18 Mar 2025
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqının İlaxır çərşənbəsini Ağdərədən təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını İlaxır çərşənbə münasibətilə təbrik edib.

18 Mar 2025
Siyasət

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlayıb.